|
ادبیات بمثابه عیش مدام -فلوبر
|
|
|
|
saat onikidə kişi hələ ağlayır
Saat gecənın on qırx doqquz dəqiqəsi, tık... Tak... üç saniyə sonra bir hadisə baş verəcək. Qadın, uşaqları şam yeməyə çağırır. İkı saniyə öncə, saat on əlli dəqiqə olub. Ana, bax, muyad qoyçağımın saçlayını yoydü... onnan nə işın var murad؟!... Kişi, oğluva bir söz deyənmısən؟!... Tık... Tak... Ana bax, qouçağımın başı çeçəl oydü... Macəra başlanır. Kışı otaqda işlərinə baxdığında, zaman dayanmayır. Zamanın yerini heç zad doldurmayacaq. Qadın əlini qaldırır. Mətəbəx bıçağı parıldayır. otağın ışığı çoxalır. Hər şey, zamanın dustağındadır... Kışı, çarpayada yırğalanır. Çarpayanın cırıltısı, qadının səsilə qarışır. Siqar yandırır. Siqar tüstüsü, qalın bığları arasından çıxır. Zaman, kağızlara sarı yürüyür. Ağ kağızların qaranlıq boşəluğunda, nəsə bir hadisə olmalıdır. Hükmən... Hükmən... Məsələn canlı, yan-yürli bır qadın qaranlıq küçədə irəlı gəlib, hellənə -hellənə gülsün. Yox... o, incə bel qadınlara vurğunidı. Bu qadın, geydiklərini soyundurmağa dəyməz... Tık... Tak... Sanıram bu öyəkü, sona çatmaya... Gedişi çox astadır... İl bız varı sürünür... Deyəsən əlim buşa çıxacaq... Böyük yazıçı, naşıcasına yazmaz. İkı saniyə sonra, saat on əlli üç dəqiqə olacaq. o, saat on qırx beş dəqiqədə, nuh tufanı haqqında bır öyəkü yazmalıdır... Qadının səsi... Mahnı oxuyur... Mətəbəxin muşəccər pəncərəsı arxasında qadının gövdəsi... Yox... Öyküdə küçə qapalıdır, arıq qadının saçları isə dalğalı və sarişin. Çox olsa igirmi iki yaşı ola bilər. Gövədəsinin anatomisinə çox yetişmir. Küçə qapalı küçədir, qadının gözləri isə açıq, mavı. Elə ki, kişi mıxlanır... Tık... Tak...
|